METBUAT.AZ

Ölkə

Məşhur karqo şirkətinin bağlanma səbəbi bilindi

23 Avqust 2024 14:39

"Yayılan xəbərlər doğrudur. Şirkət bir aya yaxındır ki, bağlanıb".

Bunu Metbuat.az-a açıqlamasında Eyol karqo şirkətinin direktor müavini Rəşad Məmmədov deyib. O bildirib ki, şirkətin bağlanmasına səbəb maliyyə problemləri olub.

Qeyd edək ki, mediada "Eyol MMC"nin bağlanması ilə bağlı xəbərlər yayılsa da, şirkətin sosial media hesablarında bununla bağlı hər hansı məlumat verilməmişdi.

“Eyol” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.


metbuat.az.