16 Avqust 2024 16:33
Türkiyədə bir nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə karantinə alınıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, 34 yaşlı Seneqalla bir şəxs Sakaryanın Mərkəzi Xəstəxanası təcili yardım şöbəsinə müraciət edib. Onun dərisində əmələ gələn qabarcıqlar meymunçiçəyinə yoluxma şübhələrini artırıb və o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir. c