METBUAT.AZ

Ölkə

Milli Məclisə seçkidə ilk dəfə səs verəcək şəxslərin sayı açıqlandı

27 Avqust 2024 20:09

"Milli Məclisə seçkidə ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfərdir".

Bunu Metbuat.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. R.Qasımov bildirib ki, ilk dəfə səs verən seçicilərin seçkidə iştirakı təqdirəlayiq bir məqamdır:

"MSK başda olmaqla bütün seçki komissiyaları əlindən gələni edirlər ki, onlar həmişə seçki prosesinə maraq göstərən seçicilər olaraq formalaşsınlar və seçkilərdə mütəmadi iştirak etsinlər. Seçki günü - sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar".


metbuat.az.