METBUAT.AZ

İdman

Millimiz Avstraliyaya məğlub oldu -

2 Avqust 2024 11:50

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.

Görüş komandamızın 12:21 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.


metbuat.az.