22 Avqust 2024 03:12
Meksikanın Miçoakan əyalətində yerləşən qədim piramida güclü yağışlardan sonra uçub.
Metbuat.az xəbər verir ki, 900-1200-cü illər arasında inşa edilən və Purepecha xalqına aid olduğu güman edilən tikili min ilə yaxındır dağılmırdı. Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun məlumatına görə, tikili zərər görüb. Açıqlamada iqlim dəyişikliyinin də tarixi tikiliyə vurduğu ziyana diqqət çəkilib. Mütəxəssislər tikilinin necə təmir oluna biləcəyini araşdırır.
Meksikanın əhəmiyyətli turistik yerlərindən biri olan İhuatsio Arxeoloji Sahəsində baş verən bu hadisə həm tarixi, həm də mədəni baxımdan böyük itki hesab edilir.