METBUAT.AZ

Dünya

Modi Ukraynaya səfər edəcək

19 Avqust 2024 11:26

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə görüşən Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu, onun Rusiya ilə müharibə başlayandan Ukraynaya ilk səfəri olacaq.

Məlumata görə, səfərin təfərrüatları gün ərzində açıqlanacaq. Bundan əvvəl Hindistan mediası Modinin avqustun sonunda Kiyevə səfər edə biləcəyini yazmışdı. NDTV kanalı hökumət başçısının avqustun 23-ü səfər edəcəyini bildirib. “Indian Express” qəzeti baş nazirin 24 avqust Müstəqillik Günündə Ukraynaya bir neçə saatlıq səfər edə biləcəyini yazıb. Onun Kiyevə səfərindən əvvəl avqustun 21-də Polşaya səfəri gözlənilir.


metbuat.az.