7 Avqust 2024 10:37
Braziliyalı futbolçu Fredin yoxluğunda yarımmüdafiədə problem yaşayan "Fənərbağça" bu mövqeyə effektli bir transfer etmək niyyətindədir.
Metbuat.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi isə İngiltərənin "Börnli" klubunda forma geyinən Sander Bergedir. Baş məşqçi Joze Mourinyo onun keçidində israrlıdır.
Türk klubunun futbol üçün 15 milyon avro təklif etdiyi, keçidlə bağlı danışıqların aparıldığı bildirilir. Transferi 10 gün içində bitirmək istəyən rəhbərlik 15 milyon avrodan daha yüksək məbləğ də təklif etməyə hazırdır.
Qeyd edək ki, Sander Berge ötən mövsüm "Şeffil Yunayted"dən 13,9 milyon avroya "Börnli" klubuna keçib. 40 matça çıxan futbolçu 2 qol vurub və 2 məhsuldar ötürmə edib.