27 Avqust 2024 11:49
Joze Mourinyo "Fənərbaxça"nın səfərdə "Rizəspor"u 5:0 hesabı ilə məğlub etdiyi oyun barədə danışıb.
Metbuat.az xəbər verir ki, Joze Mourinyo hakim haqda danışarkən hakim idarəçiliyini tənqid edib. O bildirib ki, hakim "Fənərbaxça"nın lehinə bir penalti verməyib. Baş məşqçi hələ Türkiyəyə gəlməzdən əvvəl türk hakimlərin çempionatdakı hakim idarəçiliyi barədə məlumatlar eşitdiyini ifadə edib.
Mourinyo “Yaxşı oyun keçirdik. Çox pis hakimə və VAR-ın qərarlarına qarşı oynadıq. Bu gün qalib gəldik, buna səbəb komandanın yaxşı çıxışı oldu" deyə bildirib.