METBUAT.AZ

İdman

Mourinyonun istədiyi ulduz futbolçunun adı bəlli oldu

14 Avqust 2024 15:14

Yarımmüdafiəçi transfer etmək istəyən "Fənərbaxça"nın gündəmində Nemanya Matiç var.

Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo daha əvvəl 3 fərqli komandada birlikdə çalışdığı Nemanya Matiçi 4-cü dəfə xidmətində istəyir. "Footmercato"nun xəbərinə görə, daha əvvəl Matiçlə "Çelsi", "Mançester Yunayted" və "Roma"da çalışmış Mourinyo təcrübəli yarımmüdafiəçinin transferi barədə təlimat verib. "Lion"la daha 2 illik müqaviləsi olan təcrübəli futbolçu hələlik klubdan getmək istəmir. Lakin "Lion" futbolçunu satmaq istədiyi üçün "Fənərbaxça"nın bundan yararlanmaq istədiyi vurğulanıb.

Ötən mövsüm “Lion”la ümumilikdə 19 matça çıxan Nemanya Matiç 1534 dəqiqə meydanda qalıb. "Lion" təcrübəli futbolçunu 2023-24 mövsümündə "Renn"dən 2,6 milyon avroya transfer edib.


metbuat.az.