METBUAT.AZ

Ölkə

Mövqelərimiz atəşə tutuldu

28 Avqust 2024 09:43

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.


metbuat.az.