METBUAT.AZ

Ölkə

Mymarket.az Platforması ilə Rəqəmsal Dünyada Alış-veriş

17 Avqust 2024 18:46

Rəqəmsallaşma dövrümüzdə həyatımızın bir çox sahəsi dəyişikliklərə məruz qalıb. Artıq ödəniş üsullarımız, taksi sifariş etməyimiz, alış-veriş vərdişlərimiz və bir çox başqa gündəlik fəaliyyətlərimiz daha rahat və əlverişli formaya çevrilib. Əvvəllər mağazaları gəzərək saatlarla alış-veriş etməklə vaxt və enerji sərf edirdiksə, bu gün sadəcə smartfonumuz vasitəsilə bir neçə kliklə istədiyimiz məhsulları sifariş etmək mümkündür.

Metbuat.az xəbər verir ki, artıq ənənəvi alış-verişin yerini online alış-veriş alıb və bu tendensiya sürətlə yayılmaqdadır. Azərbaycanda da bu dinamikanın insanların həyatında necə müsbət rol oynadığını müşahidə etmək mümkündür. İnternet vasitəsilə məhsul tapmaq və sifariş etmək üçün sadəcə bir neçə dəqiqə və yaxşı bir internet bağlantısı kifayətdir.

Son zamanlarda Azərbaycanda online alış-veriş üçün populyarlıq qazanan platformalardan biri də Mymarket.az saytıdır. Bu platforma həm satıcılar, həm də alıcılar üçün ideal bir meydança təqdim edir. Satıcılar, mağazalara ehtiyac duymadan öz məhsullarını geniş kütləyə çatdıra, alıcılar isə istədikləri məhsulu keyfiyyətli və sərfəli qiymətlərlə əldə edə bilərlər.

Mymarket.az Platformasının Üstünlükləri

Mymarket.az sadəcə rahat alış-veriş imkanı ilə məhdudlaşmır. Platforma, müxtəlif kateqoriyalarda elan yerləşdirmək və axtarış etmək imkanı verir. Satıcılar olduqları yeri tərk etmədən məhsullarını elanlar vasitəsilə satışa çıxara bilər, Azərbaycanın dörd bir tərəfindəki potensial müştərilərə çatdıra bilərlər. Alıcılar isə bir platforma vasitəsilə istədikləri məhsulları, istədikləri keyfiyyət və qiymətlə tapa bilərlər.

Mymarket.az-ın populyarlığının əsas səbəblərindən biri, platformanın partnyorluqlar çərçivəsində istifadəçilərinə xüsusi endirimlər təklif etməsidir. Bu, eyni keyfiyyətdə məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

Bundan əlavə, saytın və mobil tətbiqlərin istifadə rahatlığı da platformanın üstün cəhətlərindən biridir. Sadə və sürətli qeydiyyat prosesi istifadəçilərə qısa zamanda alış-verişə başlamaq imkanı verir.

Satıcılar Üçün İdeal Seçim

Mymarket.az, online mağazasını qurmaq istəyən sahibkarlar üçün də ideal seçimdir. Platforma, yeni biznes hesablarını ilk 30 gün ərzində pulsuz təqdim edir və VIP elanları daha sərfəli qiymətlərlə yerləşdirmək imkanı yaradır.

Hazırda davam edən "Xoşgəldin" kampaniyası çərçivəsində təqdim olunan güzəştlər:

Böyük biznes sahibləri üçün:

100 AZN reklam balansı

100$ dəyərində ödənişli tanıtım

Mymarket.az-a özəl endirimli məhsulların tanıtımı

Kiçik biznes sahibləri üçün:

50 AZN reklam balansı

Mymarket.az-a özəl endirimli məhsulların tanıtımı

Yeni mağaza açanlara:

3 ay pulsuz mağaza və 100 elan yerləşdirmə

Video materiallarla reklam hədiyyə

Əl işi görənlərə:

3 ay pulsuz mağaza və 100 elan yerləşdirmə

Xüsusi əl işlərinin reklamı hədiyyə

Mymarket.az platforması, rahatlıq, sərfəlilik və fürsətlərlə dolu bir alış-veriş təcrübəsi axtaran hər kəs üçün ideal bir seçimdir. Siz də bu platformanı seçərək, alış-verişlərinizi daha effekti və qənaətli edə bilərsiniz.


metbuat.az.