METBUAT.AZ

İqtisadiyyat

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı açıqlandı

9 Avqust 2024 18:51

Naxçıvan Muxtar Respublikasında 1 avqust 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 faiz artıb və 19 min 219 olub.

Bu barədə Metbuat.az Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 522 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2 faiz artaraq 5432-yə çatıb.


metbuat.az.