19 Avqust 2024 19:51
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Metbuat.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
"Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər", - məlumatda vurğulanıb.