METBUAT.AZ

Hadisə

Nazirliyin xanım əməkdaşı iş vaxtı öldü

21 Avqust 2024 12:11

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.

Metbuat.az xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.

Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.

İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.