METBUAT.AZ

İdman

"Neftçi" "Sabah"a məğlub oldu

19 Avqust 2024 00:32

18 avqust tarixində futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda "Neftçi" "Sabah"la qarşılaşıb.

Oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, turun digər görüşlərində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.


metbuat.az.