20 Avqust 2024 15:22
İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı 40 min 173-ə yüksəlib. İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs imzalansa belə, razılaşmanın həftələr ərzində dağılacağını düşünür.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin tanınmış qəzetlərindən biri olan "Haaretz"ə danışan Netanyahuya yaxın adamlar, baş nazirin razılaşma əldə olunsa belə, razılaşmanın birinci mərhələsində nəzərdə tutulan 6 həftəlik atəşkəsin hələ tamamlanmadan pozulacağını düşündüyünü bildiriblər.
Həmçinin bildirilir ki, Netanyahu İsrail və HƏMAS-ın razılaşmanın qalan hissəsində razılığa gələ bilməyəcəyini düşünür.