METBUAT.AZ

İdman

​Neymar qayıtmaq istəyir

21 Avqust 2024 08:25

“Əl-Hilal”a transfer olduqdan sonra ciddi zədə aldığı üçün oynaya bilməyən Neymarla bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, o İspaniyaya qayıtmaq istəyir. İspan jurnalist Joan Fontesin xəbərinə görə, braziliyalı ulduz “Barselona”ya qayıtmaqda qərarlıdır. Bildirilir ki, Neymarın “Barselona”ya qayıtmaq istəməsinin səbəbi emosional deyil, o hələ də futbolda nələr edə biləcəyini göstərmək fürsəti istəyir.

Qeyd edək ki, Neymarın Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi gələn mövsüm yekunlaşır. Xəbərdə deyilir ki, Neymar azad agent olacağı üçün “Barselona”ya transferi reallaşa bilər.


metbuat.az.