METBUAT.AZ

Ölkə

Novxanıdakı məşhur villa yüksək qiymətə satıldı -

1 Avqust 2024 08:58

Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb.

Metbuat.az titul.az-a isinadən xəbər verir ki, Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs sözügedən malikanəni hotel kimi istifadəyə verməyə hazırlaşır.

Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə gözoxşayır.

Xatırladaq ki, villanın əvvəlki sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini bildirmişdi.


metbuat.az.