METBUAT.AZ

İdman

"Nürnberq"in istədiyi Mahir Emreli "Dinamo"dan ayrıldı

2 Avqust 2024 08:25

Azərbaycan milli komandasının üzvü Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan ayrılıb.

Metbuat.az zaqreblilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, M.Emrelinin xidmətində Almaniyanın "Nürnberq" klubu maraqlıdır.


metbuat.az.