13 Avqust 2024 09:18
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Putinlə yaxşı münasibətdə olduğunu onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını deyib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə milyarder İlon Maska müsahibəsində danışıb. Tramp Baydeni Rusiyanın Ukraynaya müdaxiləsində ittiham edib:
"Co Bayden Ukraynanın NATO-ya üzv ola biləcəyini söylədi, bu, Rusiyanın Ukraynaya hücumuna səbəb oldu. Amma mən prezident olsaydım, Rusiya buna heç vaxt razı olmazdı".
Tramp söz verib ki, prezident seçilərsə, Putinlə dialoqa başlayacaq. O xatırladıb ki, o, Putinlə yaxşı anlaşır.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək.