METBUAT.AZ

Elm və Təhsil

Onlarında övladları tələbə oldu -

23 Avqust 2024 15:52

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, tələbə adını qazananlar arasında məşhur şəxslərin övladları da var. Onlardan bəzilərini təqdim edirik:

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin qızı Fatimə xanım Bakı Dövlət Universitetinin Regionşünaslıq ixtisasına qəbul olub.

Tanınmış şair Zahir Abbasın Həsən Abbaszadə Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakultəsi, Marketinq ixtisasında təhsil alacaq.


"Avtosfer.az" saytının rəhbəri Elməddin Muradlı və oğlu Turqut tələbə adını qazanıblar. Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazanıb. Jurnalist özü isə Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul olub.

Eyni zamanda, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın fərqlənmə diplomlu məzunu Fərid Vəliməmmədov 692,8 bal yığıb. O, Baki Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını seçib.


metbuat.az.