30 Avqust 2024 14:27
2023-cü ildə Azərbaycanda 1 606 bələdiyyə məcburi audit subyekti olub.
Metbuat.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 0,1 % çoxdur.
Ötən il auditdən keçmiş bələdiyyələrin sayı isə 25,05 % artaraq 744-ə, onların xüsusi çəkisi isə 37,1 %-dən 46,3 %-ə yüksəlib. Başqa sözlə, il ərzində bələdiyyələrin 53,7 %-i auditdən keçməyib.