METBUAT.AZ

Dünya

Pavel Durovun həbs müddəti uzadıldı

26 Avqust 2024 10:54

Telegram-ın yaradıcısı Pavel Durovun həbs müddəti 48 saat uzadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.

Bildirilib ki, dindirilmə üçün ilkin həbs müddəti maksimum 96 saat davam edə bilər.

Bu müddət bitdikdən sonra Durova qarşı ittiham irəli sürülməli və ya o, azadlığa buraxılmalıdır.

Qeyd edək ki, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında saxlanılıb. O, şəxsi təyyarəsi ilə səyahət edərkən Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.


metbuat.az.