METBUAT.AZ

Ölkə

Paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti dayandırılır

20 Avqust 2024 15:46

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.


metbuat.az.