15 Avqust 2024 23:58
Penaltilər seriyasından əvvəl qapıçımız Tiaqo Silvanı tənqid etdim.
Metbuat.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın "Osiyek" komandasına penaltilər seriyasında qalib gəldikləri (əsas və əlavə vaxt: 2:2) UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanın çox gərgin keçdiyini bildirib: "Futbolçular çətinliyin öhdəsindən gəldilər. Onlarla fəxr edirəm. Azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm. Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim. Aqressivləşməsi üçün bu addımı atdım. "Şerif"lə oyunda penaltilər seriyasından narazı qaldığımı demişdim. 4 penalti qurtarmaq asan məsələ deyil. Bunun öhdəsindən gəldi".
Sadıqov pley-off mərhələsində üz-üzə gələcəkləri Kiprin "Omoniya" klubu haqqında danışıb: "Hər bir baş məşqçisi avrokuboklarda qrupa düşmək istəyir. Rəqib haqqında elə də çox məlumatım yoxdur. III təsnifat mərhələsində Macarıstanın "Fehervar" kollektivi ilə matçlarına baxmışam. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".