METBUAT.AZ

Region

Pezeşkian vitse-prezident təyin etdi

10 Avqust 2024 17:10

İran Prezidenti Məsud Pezeşkian Hüseyn Afşini texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezident təyin edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, H.Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.


metbuat.az.