METBUAT.AZ

Siyasət

Polad Bülbüloğlunun səfir fəaliyyəti bitdi

18 Avqust 2024 20:29

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibə verib.

Metbuat.az xəbər verir ki, səfir müsahibədə Moskvada uzunmüddətli diplomatik missiyasının başa çatmasından danışıb:

"Mən Moskvada 18,5 il çalışmışam. Bu, diplomatik xidmət üçün çoxdur. İndiki mərhələdə mən doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, mən seçiləcəm və Qarabağ işğaldan azad olunandan sonra birinci müavin olmaq böyük şərəf olar. Mən ömrümün qalan hissəsini - nə qədər ki, Allah ömür versə - Vətənimin insanları və təbiəti ilə daha çox ünsiyyətə həsr etmək istərdim".


metbuat.az.