METBUAT.AZ

Ölkə

Poliklinikaların işində niyə problem yaranıb? -

28 Avqust 2024 12:49

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Bildirilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.


metbuat.az.