METBUAT.AZ

Hadisə

Polis kapitanı arı sancmasından ölübmüş -

20 Avqust 2024 16:57

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, onun vəfat etməsinə səbəb arı sancması olub. Belə ki, xidməti vəzifəsini icra edərkən polis əməkdaşını arı sancıb, onun halı qəfil pisləşib. Polis kapitanı xəstəxanaya aparılarkən həyatını itirib.

Qeyd edək ki, qohumlarının verdiyi məlumata görə, Zahid Müzəffər oğlu Mahmudov Xaçmazın Yalama yaşayış məntəqəsində sahə müvəkkili kimi çalışırmış.


metbuat.az.