METBUAT.AZ

Ölkə

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirildi

28 Avqust 2024 01:05

Xəbər verildiyi kimi, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.


metbuat.az.