20 Avqust 2024 15:16
ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının Çikaqoda keçirilən qurultayında çıxış edərək prezident kimi fəaliyyətinə yekun vurub.
Metbuat.az xəbər verir ki, Bayden vurğulayıb ki, nə o, nə də onun varisi Kamala Harris Rusiya prezidenti Vladimir Putinə boyun əymək niyyətində deyil:
"Tramp Putinin qarşısında diz çökəcək. Mən bunu heç vaxt etməmişəm və sizə söz verirəm ki, Kəmalə Harris də bunu heç vaxt etməyəcək. Putin üç günə Kiyevi ala biləcəyini düşünürdü. Üç il keçsə də, Ukrayna hələ də azaddır.
NATO-nu gücləndirmək üçün Avropadakı tərəfdaş dövlət başçıları ilə təxminən 190 saat vaxt keçirdim. Biz bunu bacardıq, İsveç və Finlandiyanı NATO-ya qatdıq".
Bayden həmçinin amerikalıları Harrisə səs verməyə çağırıb və onu prezidentlik yarışından çəkilməyə razı salanlara qarşı kin saxlamadığını deyib. Bayden çıxışı zamanı göz yaşlarını saxlaya biməyib.