12 Avqust 2024 18:30
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd bölgələrdəki vəziyyətlə bağlı müşavirə keçirib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, müşavirədə məruzə edən Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, vilayətdə 2 min nəfərin yaşadığı 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ukrayna ordusunun Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 121 nəfər yaralanıb.
Putin müşavirədə mühüm açıqlamalar verib. O, rusiyalı hərbçilərin Ukrayna ordusunu Kursk vilayətindən çıxarmalı olduqlarını vurğulayıb.
“Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və qarşıya qoyduğumuz bütün məqsədlərə nail olacağıq”, - deyə Rusiya Prezidenti bildirib.