METBUAT.AZ

İdman

"Qalatararay" "Yanq Boyz"un oyunçusunu alır -

29 Avqust 2024 16:39

İstanbulun "Qalatasaray" klubu "Yanq Boyz"da forma geyinən Jaouen Hadjamı transfer siyahısına əlavə edib.

Metbuat.az bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilir ki, fiziki göstəriciləri və sürəti ilə diqqət çəkən futbolçu Çempionlar Liqasının play-off mərhələsində "Qalatasaray"a qarşı performnsı ilə göz oxşayıb.

Qeyd edək ki, 21 yaşlı əlcəzairli Jaouen Hadjam Frasanın "Nant" klubundan 1,3 milyon avroya "Yanq Boyz"a keçib. bazar dəyəri 2 milyon olan futbolçunun klubu ilə daha 4 il müqaviləsi var.

Xatırladaq ki, "Qalatasaray" hər iki oyunda "Yanq Boyz"a məğlub olaraq (0:1 və 3:2) Çempionlar Liqasından kənarda qalıb.


metbuat.az.