7 Avqust 2024 16:44
Türkiyənin "Qalatasaray" klubu avrokuboklardan uzaqlaşdırıla bilər.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb klubun Derrik Köhnə görə "Hannover 96"a qalan 2,5 milyon avro borcudur. Türk mediası yazır ki, İstanbul təmsilçisi ciddi böhranla üzləşib və FİFA kluba xəbərdarlıq edib.
Qeyd edək ki, "Qalatasaray" Köhnü 2023-24-cü il mövsümündə 3,5 milyon avroya heyətinə qatıb. Son olaraq klubun Qabriel Sara üçün 18 milyon avro ödəməsi "Hannover96"nın türk klubundan FİFA-ya şikayət etməsinə səbəb olub.