METBUAT.AZ

İdman

"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşdı

28 Avqust 2024 03:12

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. “Qalatasaray” “Yanq Boyz” ilə İstanbulda qarşılaşıb. Görüşdə "Yanq Boyz" 0:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk oyunda "Yanq Boyz" 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. "Qalatasaray" isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

Həmçinin "Sparta" və "Zalsburq" da əsas mərhələyə vəsiqə qazanıb.


metbuat.az.