METBUAT.AZ

İdman

"Qalatasaray"dakı xaosun

29 Avqust 2024 13:16

"Qalatasaray"da "Yanq Boyz"a məğlubiyyətdən sonra klubda gərginlik artıb.

Metbuat.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazana bilməməyin ardından klub daxilində problemlər üzə çıxıb. Futbolçulara may ayından bəri çempionluq mükafatlarının ödənilməməsi səbəbindən motivasiyaları azalıb.

Bundan əlavə, klub idarə heyətinin üzvü Ali Yüce qara bazar bilet qalmaqalı ilə əlaqədar istefa verib. Klub rəhbərliyi bu iddiaları araşdırmaq üçün müstəqil audit firması ilə əməkdaşlıq edərək qanun pozuntularını araşdırmağa başlayıb.

Bütün bunlar "Qalatasaray"ın gələcəyi üçün ciddi qeyri-müəyyənlik yaradır. Eyni zamanda maliyyə çətinlikləri narahatlıqları daha da artırır.


metbuat.az.