20 Avqust 2024 11:48
"Qalatasaray"ın prezidenti Dursun Özbek adı klubla hallanan İlkay Gündoğanın mümkün transferi barədə danışıb.
Metbuat.az xəbər verir ki, prezident Özbək İlkay Gündoğan haqqında bunları deyib: "İlkay Gündoğan hər komandanın gündəmində ola bilər. O, vacib oyunçudur. Xəbərlər dolaşır, amma onun həqiqətən "Barselona"dan ayrılıb-ayrılmayacağı dəqiq deyil. Məndə olan məlumata görə, İlkay hələ də “Barselona”da qalmaq istəyir. "Qalatasaray həmişə İlkay kimi futbolçunu öz heyətində görmək istəyər”.
Qeyd edək ki, “Sport” İlkay Gündoğanın “Barselona”dan ayrılmaq qərarına gəldiyini yazır.