METBUAT.AZ

İdman

“Qalatasaray” “Konyaspor”u məğlub etdi

17 Avqust 2024 00:22

Türkiyə Superliqasında ikinci tura start verilib.

Metbuat.az xəbər verir ki, turun açılış matçında son çempion “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub. Rəqibini 2-1 hesabı ilə məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.

Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb.


metbuat.az.