METBUAT.AZ

İdman

"Qalatasaray" məğlub oldu -

22 Avqust 2024 01:15

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Türkiyənin "Qalatasaray" klubu İsveçrənin "Yanq Boys" kollektivi ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, "Stad de Syuiss"də baş tutan oyun İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Sarı-qırmızılar"ın heyətində Mişi Batşuayi dubl müəllifi olub. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, "Qalatasaray" və "Yanq Boys" komandaları arasında cavab görüşü avqustun 27-si Türkiyədə gerçəkləşəcək.


metbuat.az.