28 Avqust 2024 15:45
"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" ilə cavab oyununa çıxacaq. Tərəflər arasında Zaqrebdə baş tutan ilk görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçuları sensasiya sayıla biləcək tapşırığı yerinə yetirə bilsələr, klub rəhbərliyi tərəfindən mükafatlandırılacaqlar.
Klubun tarixində ikinci dəfə ÇL-in qrup mərhələsinə yüksəlsələr, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında pul qazanacaq.
Onu da deyək ki, "Qarabağ"ın keçmişində hələ bu qədər mükafat olmayıb. Komanda ən yüksək "ənam"ı 2017-ci ildə əldə edib. Həmin il pley-off mərhələsində "Kopenhagen"i 1:0 və 1:1-lə üstələyən ağdamlılar ilk dəfə Çempionlar Liqasında qruplara qalıb və oyunçular buna görə 50 min manat alıblar.
Qeyd edək ki, oyun 20:45-də başlayacaq.