METBUAT.AZ

İdman

"Qarabağ"ın rəqibi "Roma"nın futbolçusunu icarəyə götürdü

14 Avqust 2024 23:52

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo" (Zaqreb) heyətinə yeni futbolçu cəlb edib.

Metbuat.az klubun saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi "Roma"nın gənclər komandasının müdafiəçi Yan Oliverası icarəyə götürüb. 20 yaşlı ispaniyalı futbolçu 2024/25 mövsümünü icarə əsasında Zaqreb klubunda keçirəcək.Qeyd edək ki, "Qarabağ"ın "Dinamo" ilə ilk oyunu avqustun 20-də səfərdə, cavab matçı isə avqustun 28-də evdə keçiriləcək.


metbuat.az.