METBUAT.AZ

İdman

"Qarabağ" Polşadan qapıçı aldı -

12 Avqust 2024 12:03

Azərbaycan çempionu "Qarabağ" Polşanın "Stal" klubunun qolkiperi Mateuş Koçalskini transfer etmək istəyir.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir.

İddiaya görə, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Stal" Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava "Legiya"sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.


metbuat.az.