METBUAT.AZ

Elm və Təhsil

Qarabağ universitetinə imtahansız qəbul oldu -

11 Avqust 2024 23:42

Atilla Muradlı Qarabağ Universitetinin ilk tələbəsi olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz Arifqızı öz feysbuk hesabında məlumat verib.

"Atilla Muradlı mövcud qaydalara əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada ilk tələbəmiz olacaq. Atilla Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

Atilla elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.O, Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

Əldə etdiyi nəticələrdən asılı olmayaraq, hər bir tələbəmiz bizim üçün dəyərlidir, əzizdir. Çünki məhz onlar ilə birgə Qarabağ Universitetini qurub böyüdəcəyik", - deyə N. Arifqızı bildirib.


metbuat.az.