METBUAT.AZ

Ölkə

Qarpızı kanala tökənlərlə bağlı DİN-dən açıqlama

14 Avqust 2024 17:33

Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Metbuat.az-a bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər Tik-tokda seyrici toplamaq məqsədi ilə çəkilib:

"O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb. Kanala atılan məhsullar satış üçün yararlı olmayıb".


metbuat.az.