16 Avqust 2024 10:34
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Qəbələdə xeyli sayda toy iştirakçısının zəhərləndiyi bildirilir.
***
Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.
Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşkarı tərəfindən araşdırma aparılır.