METBUAT.AZ

Dünya

Qərb Rusiya ərazisinin vurulmasını buna görə istəmir -

19 Avqust 2024 09:59

Qərb liderləri Rusiya prezidenti Vladimir Putinlə qarşı-qarşıya gəlmək istəmədikləri üçün Ukraynaya verilən uzaqmənzilli silahlardan istifadə ilə bağlı qadağa qoyublar.

Metbuat.az xəbər verir ki, bunu "Sky News"a hərbi analitik Şon Bel bildirib. Onun sözlərinə görə, London Ukrayna Silahlı Qüvvələrinə “Storm Shadow” raketləri ilə hərbi obyektlərə zərbələr endirmək üçün tam azadlıq versə də, hökumət onlardan Rusiya ərazisində istifadə etməzdən əvvəl ABŞ ilə razılıq əldə etmək niyyətindədir.

Analitik qeyd edir ki, Vaşinqton hələ də bu məsələdə kifayət qədər ehtiyatlı davranır, çünki o, Kremlin Rusiyanın guya Ukrayna ilə deyil, “kollektiv Qərb”lə müharibədə olması barədə bəyanatlarını alovlandırmaqdan qorxur.


metbuat.az.