METBUAT.AZ

Dünya

Qətərdə aparılan danışıqlarda irəliləyiş əldə olunub -

16 Avqust 2024 09:59

Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada aparılan danışıqların ilk günündə irəliləyiş əldə edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı “The Times of Israel” öz mənbələrinə istinadən məlumat yayıb. Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqları yekun nəticə əldə olunanadək davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.


metbuat.az.