METBUAT.AZ

İqtisadiyyat

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artdı

7 Avqust 2024 18:51

2024-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub.

Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 944,1 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 778,8 milyon manat və ya 12,6% çox olub.

Qeyd edilib ki, ödənilən vergilərin 67,6%-i qeyri-neft-qaz sektorunun, 32,4%-i isə neft-qaz sektorunun payına düşüb.


metbuat.az.