6 Avqust 2024 16:26
İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 30 nəfər həyatını itirib.
Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.