22 Avqust 2024 11:22
Qəzzada məzarlıqlarda boş yerlər qalmayıb.
Metbuat.az bildirir ki, bununla bağlı Qəzzadakı məzarlıqlardan birində çalışan Saad Hasan Bereket "İndependent"də danışıb. O deyib ki, döyüşlər başlayandan bu yana hər gün, 80, 100, hətta bəzən 300 cənazə dəfn edirlər:
"Məzar açmaq üçün yer qalmayıb. Məzar üstündə məzar düzəldirik, bəzi məzarlar 3 qatlıdır. Qəzzanın orta hissəsində 3 qəbristan var, onlar da ağzına qədər doludur".
O bildirib ki, son gələn 8 cənazə üçün məzar açmağa çalışıblar, lakin qazıdıqları yerdən köhnə cəsədlər çıxıb.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada azı 16 min 480 uşaq, 10 min 980 qadın olmaqla 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər isə yaralanıb.